Seçilmiş məhsullardan qapınıza qədər çatdırılmaya qədər: 4 Seasons Bio hekayəsi

İlbəil artım
Satışların 20%-i Wolt vasitəsilə həyata keçirilir
Reklam xərclərinə görə gəlir
Vasilis və Corc qardaşları 2006-cı ildə Afinanın mərkəzində market açanda, orqanik qida hələ də kiçik bir bazar seqmenti idi. Onlar insanların tanıdıqları və güvəndikləri istehsalçılardan əldə olunan, etibar edə biləcəkləri məhsullar təqdim etmək istəyirdilər. Təxminən 20 il sonra belə, 4 Seasons Bio hələ də məhəllə mağazası ab-havasını qoruyub saxlayır. Fərq ondadır ki, Wolt sayəsində bu “məhəllə” artıq bütün şəhəri əhatə edir.
Onların ilk mağazası cəmi 28 kvadratmetr idi və meyvə-tərəvəz yeşikləri ilə dolu idi. Hər səhər qardaşlar Attika bölgəsindəki fermerləri ziyarət edir, mövsümün ən yaxşı məhsullarını seçirdilər. Daha sonra hər gün günortadan sonra onlar mağazada müştərilərlə birbaşa ünsiyyət qurur müştərilərlə dad, qida dəyəri və məhsulların mənşəyi barədə söhbət edirdilər.
“Biz başlayanda Yunanıstanda orqanik qida demək olar ki, tanınmırdı. Biz bunu müştərilərlə apardığımız söhbətlər sayəsində addım-addım qurduq”, Valsilis deyir.
Sonrakı illərdə mağaza insanların tanıdığı bir ünvana çevrildi. Bu gün Corc əməliyyatlara, maliyyəyə və komandanın idarə olunmasına rəhbərlik edir. Vasilis isə məhsulların tədarükünə və istehsalçılarla münasibətlərin qurulmasına diqqət yetirir. Onların rolları fərqlidir, amma işə yanaşma tərzləri ilk gündən bəri demək olar ki, dəyişməyib.
Hər məhsulun öz hekayəsi var. Onlar məhsulu kimin yetişdirdiyini, nə vaxt yığıldığını və niyə rəfdə yer almağa layiq olduğunu bilirlər. Təzə meyvə və tərəvəzlər hələ də əsas yeri tutur, amma indi çeşidə zeytun yağı, bal, dənli məhsullar və orqanik çərəzlər də daxildir.

Onlar daimi müştərilərini də qoruyub saxlaya biliblər. Bəzi müştərilər illərdir buradan alış-veriş edir; qardaşlar isə ailələrin necə böyüdüyünə şahid olublar.
“Bu, sürətli nəticələr uğrunda yarış deyil, marafondur”. Uğurun sirri təkcə müştərilərə satış etməkdə deyil, onlara qayğı göstərməkdədir”.
— Vasilis, 4 Seasons Bio-nun həmtəsisçisi
Mağaza hər kəsə çata bilməyəndə, Wolt köməyə gəldi
Mağaza daha çox tanındıqca, onlardan alış-veriş etmək istəyənlərin sayı artdı. Ancaq mağazaya gəlmək hər kəs üçün həmişə asan olmurdu. “Müştərilərin maşınla gəlib park etməsi və sifarişlərini götürməsi demək olar ki, mümkünsüz idi”, — deyə Vasilis bildirir. “Wolt bunu çox asanlaşdırır. İnsanlar lazım olan məhsulları sifariş edir və sifariş cəmi bir neçə dəqiqəyə evlərinə çatdırılır”.
Onlar həm özləri çatdırılma edirdilər, həm də digər xidmətlərdən istifadə edirdilər. Ancaq sifarişlərin, təhvilalma vaxtlarının və ödənişlərin idarə olunması çox vaxt tələb edirdi. “Çatdırılmanı özünüz həyata keçirməyə başlayanda bütün problemlər ortaya çıxır. Bu işdə ən vacib amil zamanlamadır”, — deyə Corc söyləyir.
2020-ci ildə 4 Seasons Bio Wolt-a qoşuldu. Vasilis üçün bu, praktiki bir seçim idi. “Bizə ehtiyac yarandığı anda xidmət lazım idi. Wolt bu ehtiyacı qarşılayır”, — deyə o bildirir.

Vaxt keçdikcə prosesin daha da təkmilləşməsi mühüm rol oynadı. Sifariş toplayan əməkdaşlar gəlir, lazım olan məhsulları seçir, hər hansı dəyişiklik tələb olunarsa komanda ilə dəqiqləşdirir və sifariş tez bir zamanda göndərilir. Bu, qardaşların artıq formalaşdırdığı iş tərzinə tam uyğun gəlir.
İndi Afinanın istənilən yerində olan müştərilər Wolt tətbiqi vasitəsilə mağazanın məhsullarına baxa, sifariş verə və onu 30–40 dəqiqə ərzində təhvil ala bilirlər.
Komanda həmçinin Wolt Ads-dan istifadə edir. Bu, reklam xərclərinə görə gəliri (ROAS) 10-dan yuxarı səviyyəyə çatdırıb və nəticədə daha çox insan onları birbaşa tətbiq daxilində kəşf edir.
4 Seasons Bio Wolt-a qoşulduqdan sonra onlayn sifarişlərin sayında davamlı artım müşahidə edib.
“Yeni müştərilər bizi kəşf etdi, köhnə müştərilər isə bizi yenidən xatırladı”, deyə Vasilis bildirir.
Hazırda mağaza satışlarının 20%-dək hissəsi Wolt vasitəsilə həyata keçirilir və bu kanal üzrə illik artım 78%-ə çatıb İndiyədək verilən ən böyük sifariş 452 avro dəyərində olub və həftəlik ərzaq ehtiyatı toplayan bir ailənin sifarişi olub.
Bütün bu texnologiyalara baxmayaraq, onların işə yanaşması dəyişməyib.
“Biz diqqəti öz işimizə yetirə bilirik, Wolt isə sifarişlərin vaxtında çatdırılmasını təmin edir”, deyə Corc bildirir.
Gələcəyə baxış: fərdi yanaşmanı qoruyaraq
Vasilis bu yaxınlarda ata olub (körpəsi on aylıqdır) və bu hadisə onun həyata, o cümlədən mağazaya baxışını dəyişib.
“Biz işə başlayanda mağaza da eynilə körpə kimi idi,” deyə o söyləyir. O, kiçik və həssas idi, biz isə hər gün ona qayğı ilə yanaşırdıq. İyirmi il sonra mağaza artıq böyüyüb və yetkinləşib. İndi o güclüdür, kim olduğunu bilir və ailəmizin ayrılmaz bir hissəsinə çevrilib”.
Vasilis və Corc bu gün də biznesə məhz belə yanaşırlar: Daim qayğı göstərdiyin bir iş. Addım-addım inkişaf etdirdiyin bir iş. İnsanlara yaxın olan bir dəyər.
Wolt onlara insan amilini qoruyaraq bunu Afinanın daha çox bölgəsində yaşayan daha çox müştəri üçün etməyə imkan verir.
“Birlikdə böyümək çox gözəl hissdir: biz, Wolt və bizə etibar edən insanlar”.
— Vasilis, 4 Seasons Bio-nun həmtəsisçisi
Satdığınız hər məhsula qayğı ilə yanaşırsınız.
Wolt sayəsində bu qayğı daha çox insana tez, rahat və sizin şərtlərinizlə çatır.