Sahibkarlar ilk gündən Wolt-da necə uğur qazana bilərlər
Wolt ticarət tərəfdaşlarının daha çox nəzərə çarpmaq, sifariş cəlb etmək və məkanlarını ilk gündən uğura hazırlamaq üçün nə edə biləcəklərini öyrənin.

Baxış
- Məkanınızı onlayn rejimdə saxlayın və sifarişləri nəzərdən qaçırmayın
- Dəqiq və rəqabətədavamlı iş saatları təyin edin
- Aydın və cəlbedici menyu yaradın
- Ədalətli və rəqabətədavamlı qiymətlər təklif edin
- Reklam və aksiyalarla daha çox diqqət cəlb edin
- İmtina edilən sifariş sayını azaldın
- İşinizin effektivliyini müntəzəm olaraq izləyin
İlk addımdan düzgün quraşdırılma Wolt-da uğurunuza böyük təsir göstərə bilər.
Sifarişlərə açıq olan, güclü menyu təklif edən, etibarlı müştəri xidməti təqdim edən ticarət tərəfdaşları daha çox müştəri cəlb edir və tətbiqdə daha çox nəzərə çarpırlar.
Bu təlimat Wolt-da biznesinizin ilk gündən etibarən uğur qazanmasına kömək edəcək praktik üsulları əhatə edir.
Məkanınızı onlayn rejimdə saxlayın və sifarişləri nəzərdən qaçırmayın
Bu niyə vacibdir
Müştərilər yalnız açıq və sifarişləri qəbul edən məkanlardan sifariş verə bilərlər. Məkanınız nə qədər uzun müddət onlayn qalarsa, müştərilərin sizi tapıb sifariş vermək şansı bir o qədər artır.
Məkanınız mütəmadi olaraq oflayn olarsa və ya pik saatlarda sifariş qəbulunu dayandırarsa, müştərilər başqa seçimlərə üstünlük verəcəklər.
Müştərilərinizə hər an sifariş imkanı yaratmaq istəyirsinizsə, Məkanınızın əlçatanlığını maksimuma yüksəltmək üçün bələdçimizə nəzər salın.
Ən yaxşı təcrübələr
Məkanınızın qeyd edilmiş iş saatları ərzində onlayn rejimdə qalmasını təmin edin
Merchant tətbiqini hər zaman açıq saxlayın
Mümkün olduqca məkanı müvəqqəti olaraq bağlamaqdan yayınmağa çalışın
Planşetinizin, printerinizin və ya POS inteqrasiyanızın düzgün işlədiyini dəqiqləşdirin
Sifarişlərin çox olduğu vaxtlarda artıq satışda olmayan məhsulları sürətlə yeniləyin
Pik saatlara kifayət qədər əməkdaş və ehtiyat təmin etməklə əvvəlcədən hazırlaşın
Texniki problemlərlə qarşılaşdıqda sifarişlərin fasiləsiz qəbulunu tezliklə bərpa etmək üçün Wolt printerinizdə və planşetinizdə nasazlıqları necə aradan qaldırmalı başlıqlı təlimatları oxuyun.
Peşəkar məsləhət: Müntəzəm olaraq onlayn olan məkanlar zamanla sifariş sayını artırır.
Dəqiq və rəqabətədavamlı iş saatları təyin edin
Bu niyə vacibdir
Dəqiq iş saatları müştərilərə sizdən nə vaxt sifariş verə biləcəklərini bilməkdə kömək edir. Sifarişlərin çox olduğu vaxtlarda açıq qalmaq tətbiqdə axtarış edən müştərilərin qarşısına çıxmaq şansınızı artırır.
Ən yaxşı təcrübələr
İş saatlarınızı daim yeniləyin
Mümkün olduqca sifarişlərin çox olduğu yemək və ya alış-veriş saatlarında məkanınızı açıq saxlayın
Məkanı elan olunmuş vaxtdan əvvəl bağlamamağa çalışın
Bayram günlərində iş saatlarını əvvəlcədən yeniləyin
İş saatlarınızı yeniləmək üçün köməyə ehtiyacınız var? Məkanınızın iş saatlarını təyin etmək üçün sadə addımları oxuyun.
İş saatlarımı yeniləPeşəkar məsləhət: Sifarişin çox olduğu vaxtlarda bir qədər daha uzun müddət açıq qalmaq belə daha çox müştəri qazanmağınıza kömək edə bilər.
Aydın və cəlbedici menyu yaradın
Bu niyə vacibdir
Müştərilər haradan sifariş verəcəklərinə qərar verərkən ilk növbədə menyunuza baxırlar. Aydın və yaxşı təşkil olunmuş menyu müştərilərin məhsulları seçməsini və sifariş verməsini asanlaşdırır.
Ən yaxşı təcrübələr
Menyuya mümkün qədər çox məhsulun yüksəkkeyfiyyətli fotosunu əlavə edin
Müxtəlif müştərilərin zövqünə uyğunlaşmaq üçün kifayət qədər çeşid təklif edin
Sadə və aydın məhsul adlarından istifadə edin
Faydalı məhsul təsvirləri əlavə edin
Asanlıqla nəzərdən keçirilə bilməsi üçün menyunu kateqoriyalara bölün
Satışda olmayan məhsulları ən qısa müddətdə menyudan çıxarın
Menyu fotolarınızı təkmilləşdirmək istəyirsiniz? Ən yaxşı təcrübələr və faydalı məsləhətlər üçün Wolt-da menyu fotolarını necə əlavə və ya redaktə etməli başlıqlı məqaləni oxuyun.
Menyumu indi yeniləPeşəkar məsləhət: Tam və yenilənmiş menyuya malik məkanların tətbiqdə axtarış edən istifadəçiləri real alıcılara çevirmək şansı daha yüksəkdir.
Ədalətli və rəqabətədavamlı qiymətlər təklif edin
Bu niyə vacibdir
Müştərilər çox zaman sifariş verməzdən əvvəl fərqli məkanları müqayisə edirlər. Aydın və rəqabətədavamlı qiymətlər müştərilərin məkanınızdan daha əminliklə sifariş vermələrinə kömək edir.
Qiymətləri bütün kanallarda eyni saxlamaq müştərilər arasında inam yaratmağa da kömək edə bilər. Ətraflı məlumat üçün oxuyun: Menyu qiymətlərinin sabitliyi Wolt-da daha çox nəzərə çarpmağa necə kömək edir.
Ən yaxşı təcrübələr
Qiymətlərinizi müntəzəm olaraq nəzərdən keçirin
Menyu qiymətlərini dəqiq saxlayın
Daha çox dəyər yaratmaq üçün kombo menyular və ya yemək endirimləri təklif edin
Porsiya və təsvirləri müştəri gözləntilərinə uyğunlaşdırmağa çalışın
Reklam və aksiyalarla daha çox diqqət cəlb edin
Bu niyə vacibdir
Reklamlar və aksiyalar daha çox müştərinin Wolt-da məkanınızı kəşf etməsinə kömək edə bilər. Bu, xüsusilə platformaya yeni qoşulduğunuz zaman, yeni məhsullar təqdim edərkən və ya daha durğun dövrlərdə sifarişləri artırmağa çalışarkən faydalı ola bilər.
Ən yaxşı təcrübələr
Durğun dövrlərdə sifariş sayını artırmaq üçün aksiyalardan istifadə edin
Populyar və ya menyuya yeni əlavə edilmiş məhsulları önə çəkin
Pulsuz çatdırılma, kombo menyular və ya faiz endirimləri kimi sadə təklifləri sınayın
Nisbətən kiçik reklam büdcəsi ilə başlayaraq nəticələr əsasında dəyişikliklər edin
Müştərilər arasında hansı aksiyaların daha çox rəğbət qazandığını izləyin
Wolt marketinq kampaniyalarında təcrübəniz yoxdursa, Marketinq kampaniyalarının əsasları: ilə tanış olunƏsas prinsipləri öyrənmək üçün baxın: Reklam və Aksiyalardan necə istifadə etməli.
İndi kampaniya yaratHədəflərinizə hansı marketinq alətlərinin uyğun olduğunu bilmirsiniz? Biznesiniz üçün düzgün Wolt marketinq təkliflərini seçmək başlıqlı məqalə Reklamlar, Aksiyalar və Wolt+ arasındakı fərqləri anlamağa kömək edə bilər.
Daha çox yeni müştəri cəlb etmək istəyirsiniz? Fire Deals ilə məkanınızı yeni müştərilər arasında necə fərqləndirə biləcəyinizi öyrənin.
İmtina edilən sifariş sayını azaldın
Bu niyə vacibdir
Müştərilərə problemsiz və etibar edə biləcəkləri sifariş prosesi lazımdır. Sifarişlərin tez-tez rədd edilməsi təkcə satış itkisi deyil, həm də sadiq müştəri qazanmaq fürsətini əldən verməkdir. Rədd edilən hər sifariş dərhal gəlir itkisinə səbəb olur və müştərilərin gələcək sifarişlərdə rəqiblərinizi seçmək ehtimalını artıraraq uzunmüddətli qazanc itkisi ilə nəticələnir.
Ən yaxşı təcrübələr
Sifarişləri mümkün qədər tez qəbul edin
Məhsulun mövcudluğunu gün ərzində yeniləyin
Bütün sifarişi rədd etmək əvəzinə satışda olmayan məhsulları müvəqqəti bağlayın və ya alternativlərlə əvəz edin
Heyətin Wolt vasitəsilə daxil olan sifarişləri necə idarə etməli olduğunu başa düşdüyünə əmin olun
POS sisteminizi Wolt ilə əlaqələndirin
Ətraflı məlumat üçün oxuyun:
Restoran olmayan tərəfdaşlarımız üçün peşəkar məsləhət: Məhsulun ehtiyatı tükəndiyi zaman əvəzedicilərdən istifadə etmək geri ödənişlərin azalmasına və müştəri məmnuniyyətinin artmasına da kömək edə bilər. Ətraflı məlumat üçün: Əvəzedici məhsullarla geri ödəmələri necə azaltmaq olar.
Peşəkar məsləhət: Sifarişlərin çox olduğu saatlarda menyunuzu yeniləməklə bir çox sifariş problemlərinin qarşısını ala bilərsiniz.
İşinizin effektivliyini müntəzəm olaraq izləyin
Bu niyə vacibdir
Məkanınızın işini müntəzəm olaraq nəzərdən keçirmək problemləri vaxtında aşkarlamağa və təkmilləşdirilməli olan sahələri müəyyən etməyə kömək edə bilər. Zamanla tətbiq edilən kiçik yeniliklər müştərilərə xidməti təkmilləşdirməyə kömək edə, uzunmüddətli inkişafa zəmin yarada bilər.
Ən yaxşı təcrübələr
Hər həftə məkanınızın işinin effektivliyini nəzərdən keçirin
Müştərilərin məkanınızı necə qiymətləndirdiklərini və rəyləri izləyin
Hansı məhsulların yaxşı satıldığına, hansıların təkmilləşdirilməyə ehtiyacı olduğuna baxın
Tədricən kiçik dəyişiklikləri sınaqdan keçirin və nəticələri izləyin
Peşəkar məsləhət: Məkanınıza uyğunlaşdırılmış təkmilləşdirmə imkanlarını görmək üçün Merchant portalından da istifadə edə bilərsiniz. Wolt Merchant portalında fərdiləşdirilmiş inkişaf tövsiyələri əldə edin.