Storefront ilə kampaniya və aksiyalar

Özünün hazırladığı və idarə etdiyi kampaniyalarla satışları artırmaq istəyən sahibkarlar üçün bələdçi.

Storefront ilə müştərilər birbaşa brendinizə məxsus sifariş saytından sifariş verə bilərlər. Uğurlu kampaniyalar və aksiyalar müştərilərə sifariş düyməsini basmaq üçün daha çox səbəb verir. Bu bələdçi Storefront ilə həyata keçirə biləcəyiniz aksiya və kampaniyaları, onları necə aktivləşdirə biləcəyinizi izah edir.

Onlar iki yolla qurula bilər:

  • Sahibkarın özü tərəfindən hazırlanan kampaniyalar: Kampaniyaları Sahibkarlar üçün Admin portalından özünüz dərhal başlada bilərsiniz.

  • İdarə olunan kampaniyalar: Kapmaniyaları Wolt nümayəndəsi sizin üçün hazırlaya bilər. Buraya təhvil götürmə kampaniyaları, fərdi promokodlar və təkmilləşdirilmiş məkan kampaniyaları daxildir.

1. Sahibkarın özü tərəfindən hazırlanan kampaniyalar:

Sahibkarlar üçün Admin portalı vasitəsilə aksiyaları dərhal başladın. Bu kampaniyalar Wolt-un iştirakı olmadan müstəqil formada idarə edilir, buna görə də istədiyiniz vaxt başlada bilərsiniz.

Sahibkarın özü tərəfindən hazırlana biləcək kampaniya növləri

  • Pulsuz çatdırılma və ya çatdırılma haqqına endirim: Çatdırılma xərclərinin bir hissəsini öz üzərinizə götürərək daha çox sifariş cəlb edin.

  • Səbətdə və ya sifariş məbləğinə endirim: Faizlə və ya sabit məbləğdə endirim təklif edin. Məsələn, 30 EUR-dan yuxarı sifarişlərə 10% endirim.

  • Məhsul endirimi və ya məhsulla bağlı aksiya: Müəyyən məhsullara endirim edin. Bunlar məkan səviyyəsində konfiqurasiya edilir.

💡 Məsləhət: Kampaniyalarınız Storefront sifariş səhifəsində görünür, lakin müştərilər onlardan xəbərdar olmalıdırlar. Əvvəlcə kampaniyalarınızı öz kanallarınızda, məsələn, veb-saytınızda və sosial media platformalarında tanıdın. Beləliklə, müştəriləriniz kampaniyalardan xəbər tutacaqlar.

Faydalı məlumat

  • Bütün növ sifarişlər üçün keçərlidir: Sahibkarın özü tərəfindən hazırlanan kampaniyalar hazırda evə çatdırılma, teykevey və hətta “Növbəni ötür” QR kodu ilə sifarişlər üçün keçərlidir.

  • Hər məkan üçün ayrıca qurulma: Məhsul aksiyaları bütün məkanlarda ümumi qaydada deyil, hər məkan üçün ayrıca qurulmalıdır.

  • Əlçatanlıq: Bəzi növlər POS inteqrasiyasından, ölkənizdə istifadəyə verilmə statusundan və ya yerli konfiqurasiya məhdudiyyətlərindən asılı olaraq deaktiv edilə bilər. Tərəddüd edirsinizsə, nəzərə alın ki, bu sistem Wolt tətbiqindəki məkanınızla eyni qaydada işləyir.

2. Teykevey (özünlə apar) kampaniyaları:

2-4-cü bölmələrdəki kampaniyalar Wolt nümayəndənizlə birlikdə tərtib edilir.

Sifarişlərini özləri götürən müştərilərə xüsusi endirim təklif etmək istəyirsiniz? Fərdi təhvil götürmə kampaniyalarını tam dəstəkləyirik. Sadəcə Wolt-dakı nümayəndənizlə əlaqə saxlayın, sifarişlərini özləri götürən müştərilər üçün 10% endirim kimi aksiyaları ayrıca aktivləşdirəcəyik.

3. Fərdi promokodlar

E-poçt, flayer və ya sosial media vasitəsilə xüsusi promokod paylaşmaq istəyirsiniz? Wolt nümayəndəniz onu qurmağa kömək edə bilər. Promokodu təqdim etmək üçün aşağıdakı məlumatları bizə göndərin:

  • Promokod: Qısa və yaddaqalan mətn sətri, məsələn, TORTILLA5 və ya JONNY10. Promokodda biznesin adından istifadə etməyə çalışın. Kodun artıq istifadə olunub-olunmadığını yoxlayacağıq və ya alternativ variant tövsiyə edəcəyik.

  • Endirim növü: Sabit dəyər (məsələn, 5 EUR endirim), faizlə endirim (məsələn, 15% endirim), məhsula endirim (seçilmiş məhsula X məbləğində və ya 100% endirim) və ya çatdırılma haqqına endirim.

  • Tətbiq sahəsi: Kod sifariş səviyyəsində (məsələn, bütün səbətə endirim) və ya məhsul səviyyəsində (məsələn, konkret məhsula və ya məhsul paketinə endirim) tətbiq oluna bilər.

  • Qaydalar və hədlər: Məsələn, “Səbətin minimum dəyəri 20 EUR” və ya “Müəyyən bir məhsul alınmalıdır (Miqdar = 1)”.

  • Müddət və limitlər: Bir qayda olaraq kod daxil edildiyi andan etibarən 1 gün keçərli olur. Müddəti dəyişmək istəyirsinizsə, bizə müraciət edin. Maksimum büdcə təyin etməklə kampaniyadan ümumi istifadə həcmini də məhdudlaşdıra bilərik. Lakin unutmayın ki, kod göndərilən müştərilər vaxtı gələndə ondan gözlədikləri kimi istifadə edə bilməlidirlər.

  • Seçilmiş məkanlar: Endirimin nəzərdə tutduğunuz yerlərdə tətbiq olunması və standart Wolt Marketplace sifarişlərinə şamil edilməməsi üçün konkret Storefront məkanlarınızı ayrıca seçəcəyik. Eyni zamanda Wolt Marketplace-də istifadə etdiyiniz bütün kampaniyaları Storefront saytında qura bilərsiniz.

Hüquqi tələblər və marketinq tələbləri

Promokoddan istifadə etmək üçün müştərilər hesablarına daxil olmalı və ya hesab yaratmalıdırlar. Sui-istifadənin qarşısının alınması üçün tətbiqə qonaq qismində daxil olan istifadəçilər bu kodlardan istifadə edə bilməyəcəklər.

Kodu harada reklam etməyinizdən asılı olmayaraq, məsələn, flayerlərdə və ya sosial mediada, bu xəbərdarlığı daxil etməyi unutmayın: “İstifadə etmək üçün hesaba daxil olmaq və ya hesab yaratmaq tələb olunur.”

4. Təkmilləşdirilmiş məkan kampaniyaları

Promokodlardan əlavə, Wolt Storefront saytına daxil olan müvafiq istifadəçilərə avtomatik şamil olunan təkmilləşdirilmiş kampaniyalar da qura bilər. Kod tələb olunmur. Quraşdırma üçün Wolt nümayəndənizlə əlaqə saxlayın:

  • Məhsul kombinasiyaları: “2 məhsul alana 1 məhsul pulsuz” kimi təkliflər yaradın.

  • Seçilmiş məhsulları pulsuz əldə edin: Məsələn, “15 EUR xərcləyərək pulsuz içki əldə edin”.

  • Müəyyən müştərilər üçün səbətdə endirimlər: Sifarişin aralıq cəminə əsasən avtomatik endirimlər.

Tənzimləyə biləcəyiniz şərtlər

  • Minimum səbət dəyəri: Kampaniyanız yalnız müəyyən səbət məbləğinə tətbiq oluna bilər.

  • Yalnız öncədən verilən sifarişlər üçün: Yalnız öncədən verilən sifarişlər üçün kampaniya yaradın.

  • Çatdırılma üsulu: Kampaniyanı yalnız təhvil götürmə, evə çatdırılma və ya restoranda yemək variantları ilə məhdudlaşdırın.

  • Əlavə olaraq: Bunlar sadə nümunələrdir. Daha təkmilləşdirilmiş seçimlər üçün bizə müraciət edin.

5. Qabaqcıl təcrübələr və vacib məqamlar

  • Eksklüziv kodlar (banneri gizlədin): Promokodu flayer vasitəsilə paylaşır, yalnız müəyyən müştərilərə təqdim etmək istəyirsinizsə, Storefront saytına daxil olan hər kəsə göstərilməməsi üçün “məkan bannerini gizlət” seçimi ilə bizə müraciət edin. 

  • Aydın adlar: Kampaniyalarınız üçün aydın adlardan istifadə edin, belə ki, bu adlar sahibkar hesab-fakturalarınızda görünəcək.

Kömək lazımdır?

Hansı kampaniyanın sizə uyğun olduğunu müəyyən edə bilmirsiniz və ya kampaniya yaratmağa hazırsınız? Wolt nümayəndənizlə əlaqə saxlayın, qalanını biz həll edəcəyik.

Daha çox ətraflı təlimat əldə etmək istəyirsiniz? Tədris mərkəzinə keçin.