Wolt Drive Web platformasından istifadəyə başlayın
Wolt Drive ilə çatdırılmaya başlamağın ən sadə yolu. İnteqrasiya, kod və ya öhdəlik götürmək tələb olunmur.

Wolt Drive Web heç nə endirmədən və quraşdırmadan istənilən cihazdan istifadə edə biləcəyiniz, mobil cihazlara uyğun veb-interfeysdir. Çatdırılma ünvanı və telefon nömrəsini daxil edə bilirsinizsə, Wolt Drive ilə çatdırılmanı da təşkil edə bilərsiniz.
Xülasə
- Xülasə
- Wolt Drive Web sizə uyğundurmu?
- Başlamaq üçün sizə nə lazımdır
- İki portal: drive.wolt.com və corporate.wolt.com
- Çatdırılma necə yaradılır
- Çatdırılmanın izlənilməsi
- Kömək lazımdır?
Wolt Drive Web sizə uyğundurmu?
Aşağıdakı hallarda Wolt Drive Web sizin üçün ideal seçimdir:
Öz çatdırılma komandanız yoxdursa və heç bir texniki quraşdırma və ya investisiya tələb olunmadan dərhal çatdırılmaya başlamaq istəyirsinizsə
Öz çatdırılma komandanızın olduğuna baxmayaraq, iş yükü artdıqda, komanda xidmət göstərə bilmədikdə və ya pik saatlarda əlavə gücə ehtiyac duyursunuzsa
Sifarişləri telefonla, şəxsən və ya sosial media vasitəsilə qəbul edirsiniz, amma inteqrə edə biləcəyiniz veb-saytınız və ya tətbiqiniz yoxdursa
Wolt Drive API inteqrasiyasının və ya plaginin istifadəyə verilməsini gözləyir və bu müddətdə çatdırılma xidmətinə başlamaq istəyirsinizsə
Gözlənilməz ödənişlər və öhdəlik olmadan, istifadə etdikcə ödəniş edəcəyiniz bir seçim axtarırsınızsa.
Çatdırılma xidmətinin onlayn ödəniş prosesinizə inteqrə olunmasını istəyirsinizsə, Wolt Drive API və ya e-ticarət plagini sizin üçün daha uyğun seçim ola bilər.
Başlamaq üçün sizə nə lazımdır
Çox az şey. Wolt Drive Web-dən istifadə etmək üçün sizə lazımdır:
Wolt Drive hesabı. Hesabı yerli Wolt Drive komandası yaradacaq. Giriş imkanı əldə etmək üçün buraya müraciət edə bilərsiniz.
Brauzeri olan istənilən cihaz: notbuk, planşet və ya telefon. Heç nə endirməyə ehtiyac yoxdur.
Hər sifarişin çatdırılma məlumatları: hara çatdırılacağı və sifarişi kimin qəbul edəcəyi.
İki portal: drive.wolt.com və corporate.wolt.com
Wolt Drive iki ayrı veb-portaldan istifadə edir. Nə vaxt hansı portalı açacağınızı bilmək işinizi asanlaşdıra bilər:
drive.wolt.com gündəlik əməliyyat portalınızdır. Ondan çatdırılma yaratmaq, alıcının məlumatlarını daxil etmək və sifarişləri real vaxt rejimində izləmək üçün istifadə edin. Bu ekranı komandanız iş saatları ərzində açıq saxlayacaq.
corporate.wolt.com daxili idarəetmə portalıdır. Ondan məkanlarınızı və istifadəçilərinizi idarə etmək, giriş icazələri təyin etmək, çatdırılma tarixçənizi nəzərdən keçirmək, qaimələrə və hesabatlara baxmaq üçün istifadə edin.
Rolunuzdan asılı olaraq birindən və ya hər ikisindən istifadə edə bilərsiniz. Mağaza operatorları əsasən drive.wolt.com platformasından istifadə edirlər. Menecerlər və müəssisə sahibləri isə məkanları idarə etmək və qaimələri yoxlamaq üçün əlavə olaraq corporate.wolt.com platformasından istifadə edirlər.
Çatdırılma necə yaradılır
Sifariş daxil olduqda, kuryer təyin etmək üçün bu addımlar atılmalıdır:
drive.wolt.com saytında hesabınıza daxil olun.
“New delivery” (yeni çatdırılma) seçimini edin.
“Pick-up” (təhvilgötürmə) məlumatlarını təsdiqləyin. Söhbət kuryerin sifarişi təhvil alacağı yerdən gedir.

4. Drop-off (təhvilvermə) məlumatlarını daxil edin:
Address (Ünvan): Alıcının çatdırılma ünvanını daxil edin.
Instructions for the courier (optional) (Kuryerə təlimatlar (varsa)): Kuryerin ünvanı asanlıqla tapmasına kömək edəcək məlumatları əlavə edin. Məsələn, qapı kodu, mərtəbə nömrəsi və ya binanın adı.
“Name of receiver” (Alıcının adı) və “phone number” (telefon nömrəsi).

💡Məsləhət: Telefon nömrəsini iki dəfə yoxlayın. Kuryerin müştəri ilə əlaqə saxlaya bilməsi və izləmə linkinin göndərilməsi bundan asılıdır.
5. “Delivery details” (çatdırılma məlumatları) bölməsində çatdırılma vaxtını seçin:
As soon as possible (mümkün qədər tez): Çatdırılma növbəti 60 dəqiqə içində həyata keçiriləcək. Kuryer gəlməzdən əvvəl sifarişi hazırlamaq üçün vaxt lazımdırsa, hazırlıq müddətini təyin etmək üçün “How much time do you need?” (Nə qədər vaxta ehtiyacınız var?) seçimindən istifadə edin.
“Schedule for later” (Sonraya planlaşdırın): Çatdırılma üçün konkret bir vaxt və ya gün seçin.

6. Çatdırılma ilə əlaqəli xüsusi tələblər varsa, “Additional details or requirements” (Əlavə məlumatlar və ya tələblər) parametrini "Yes" (bəli) vəziyyətinə gətirin:
“Delivery type” (çatdırılma növü): Kuryer çatdırılma zamanı müştəridən ödəniş qəbul etməlidirsə, “Card on delivery” (Çatdırılma zamanı kartla ödəniş) seçimini edin. Sifariş iriölçülü və ya ağırdırsa, “Large or heavy delivery” (İriölçülü və ya ağır çatdırılma) seçimini edin. Bu, uyğun tərəfdaş kuryerin təyin olunmasını təmin edir.
“Delivery requirements” (Çatdırılma tələbləri): Lazım olduqda, “PIN code check” (PIN-kod yoxlaması), “Age check” (yaşın yoxlanması) və ya “No-contact delivery” (təmassız çatdırılma) seçimlərini edin.
“Unique reference number” (unikal istinad nömrəsi) (istəyə görə): Bu çatdırılmanı qeydlərinizlə əlaqələndirmək üçün öz sifariş ID-nizi əlavə edin.

7. Sorğunu təsdiqləyin. Sifarişi sizdən təhvil almaq üçün kuryer təyin edilir.
💡 Faydalı məlumat: “Mümkün qədər tez” çatdırılma seçimi edildikdə, sifarişlər adətən bir saatdan az müddətdə çatdırılır. Çatdırılmanı əvvəlcədən planlaşdırsanız belə, müştərinizə eyni avtomatik izləmə keçidi göndəriləcək. Beləliklə, çatdırılma vaxtını əminliklə bildirə bilərsiniz.
Çatdırılmanın izlənilməsi
Sifariş yola düşən kimi müştərinizə kuryerin cari yerini və təxmini çatdırılma vaxtını göstərən canlı izləmə linki göndərilir. Eyni statusu drive.wolt.com ünvanından da izləyə bilərsiniz. Sifariş təhvil verildikdən sonra sizə sifarişin tamamlandığını təsdiq edən mesaj göndəriləcək. Beləliklə, sifarişin nə vaxt tamamlandığını hər zaman biləcəksiniz.
Kömək lazımdır?
Hər hansı sualınız olduqda və ya problemlə qarşılaşdıqda, Sahibkarlara dəstək komandası çat vasitəsilə sizə kömək etməyə hazırdır. Çat yazışmalarının 96%-i “əla” qiymətləndirilir, cavab müddəti isə adətən bir dəqiqədən az olur. Onlarla istənilən vaxt corporate.wolt.com ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.